Monqolustanın Prezidenti Zati-aliləri cənab Xaltmaaqiyn Battulqaya

11 iyul 2017, 12:00

Hörmətli cənab Prezident,

Monqolustanın Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Monqolustan arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik.

Bu xoş fürsətdən istifadə edərək ölkənizin milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirir, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monqolustan xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 11 iyul 2017-ci il.