12 iyul 2017, 16:00

Validə Çıraqovadan, Şirvan, Azərbaycan

Hörmətli cənab Prezident,

Ölkəmizdə şəhid ailələrinə, müharibə veteranlarına və əlillərə göstərilən diqqət və qayğının əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün Sizin tərəfinizdən uğurla davam etdirilir. Sizin rəhbərliyiniz dövründə xüsusi qayğıya ehtiyacı olan ailələrin sosial  problemlərinin həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir.

Əziz Prezidentimiz, şəhid anası olaraq mənim mənzil-məişət şəraitimin yaxşılaşdırılmasına göstərilən köməyə görə bütün ailə üzvlərim adından Sizə öz dərin minnətdarlığımı bildirir, Sizə və ailə üzvlərinizə cansağlığı, çətin və şərəfli işinizdə uğurlar arzulayıram. Qarşıdan gələn illərin Siz başda olmaqla, bütün xalqımız üçün düşərli, uğurlu olmasını diləyirəm.

Hörmətlə,

Çıraqova Validə Ağakişi qızı

şəhid anası

Azərbaycan Respublikası, Şirvan şəhəri.