12 iyul 2017, 16:10

Ələşrəf Niftəliyevdən, Masallı, Azərbaycan

Hörmətli cənab Prezident,

Bu il iyulun 4-də ermənilərin Füzuli rayonunun Alxanlı kəndində törətdikləri təxribat və vəhşilik ictimaiyyət, eləcə də ağsaqqallarımız tərəfindən qətiyyətlə pislənilir. Bu hadisəni törədənlər ən ağır cinayətkarlar hesab edilərək, beynəlxalq hüquq çərçivəsində cəzalarını almalı, haqq-ədalət öz yerini tapmalıdır.

Cənab Ali Baş Komandan, Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında və ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi istiqamətində Sizin atdığınız müdrik, təmkinli və qətiyyətli addımları bəyənir və daim dəstəkləyirik. Bu yolda arzuladığımız nəticəyə nail olacağımıza inanırıq.

Hörmətlə,

III dərəcəli “Vətənə xidmətə görə” ordenli

Niftəliyev Ələşrəf Nuru oğlu

Azərbaycan Respublikası, Masallı rayonu.