20 iyul 2017, 18:10

Malik Əsədov və başqalarından, Tərtər, Azərbaycan

Möhtərəm cənab Prezident,

Biz Tərtər şəhərində Elman Hüseynov küçəsində yerləşən çoxmənzilli binada yaşayırıq. Sizin Tərtərə səfəriniz, səfərdən dərhal sonra 24 çoxmənzilli binanın əsaslı təmiri üçün Prezidentin ehtiyat fondundan rayonumuza 3 milyon manat ayırmağınız bizi ürəkdən sevindirdi. Uzun müddət idi ki, yaşadığımız bina təmir olunmurdu. Sizin Sərəncamdan sonra binamızın dam örtüyü dəyişdirilir. Fasad, binanın giriş hissələri əsaslı təmir edilir.

Cəbhə bölgəsinə, burada yaşayan insanlara onların maddi rifah halının, sosial vəziyyətlərinin yaxşılaşdırılmasına göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarıq, ətrafınızda sıx birləşmişik. Bilirik ki, daim bizim güzəranımızın yaxşılaşmasını düşünən Prezidentimiz – Ali Baş Komandanımız var. Tanrı Sizi və ailənizi qorusun! 

Hörmət və ehtiramla,

Tərtər şəhər E.Hüseynov küçəsində yerləşən 37, 39 saylı binanın sakinləri adından  

Əsədov Malik,

Musayev Seymur,

Səlimova Flora,

Şükürova Ruqiyyə,

Cabbarov İlqar və başqaları.

Azərbaycan Respublikası, Tərtər rayonu.