İlham Əliyev “Pirallahı” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib

21 iyul 2017, 11:30
İlham Əliyev “Pirallahı” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib

Prezident İlham Əliyev “Pirallahı” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib.

Azərbaycan Prezidenti stansiyanı işə saldı.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov dövlətimizin başçısına “Pirallahı” Günəş Elektrik Stansiyası layihəsinin texniki-iqtisadi göstəriciləri haqqında ətraflı məlumat verdi.

Bildirildi ki, layihənin məqsədi Pirallahı rayonunda əhalinin və sosial obyektlərin yerli alternativ və bərpa olunan enerji mənbələri hesabına enerji ilə təminatından ibarətdir. Ümumi layihə gücü 12/8 MVt olan layihənin icra müddəti 2014-2020-ci illəri əhatə edir. Birinci mərhələdə 2,8 MVt gücündə “Pirallahı” Günəş Elektrik Stansiyası layihəsinin 1,1 MVt-lıq hissəsi üzrə Pirallahı rayonunun şimal-şərq hissəsində iki hektar torpaq sahəsində tikinti-quraşdırma işləri başa çatdırılıb. Hazırda stansiya istismar təlimatına uyğun olaraq test rejimində fəaliyyət göstərir və bu il iyunun 1-i tarixinə 1,5 milyon kVt/s elektrik enerjisi istehsal edilib ki, bunun sayəsində 330 min kubmetr təbii qaza qənaət olunub.

Qeyd olundu ki, burada ümumilikdə 4400 günəş paneli quraşdırılıb. Layihə çərçivəsində “Bir ev-bir elektrik stansiyası” prinsipi əsasında Pirallahıda 235 nömrəli məktəbdə 25 kVt-lıq günəş elektrik stansiyası quraşdırılıb və Dövlət Agentliyi tərəfindən test rejimində istismar olunur. Növbəti illərdə bu stansiyanın məktəbin balansına verilməsi nəzərdə tutulub. Bundan əlavə, ərazidə 85 metr hündürlüyündə stasionar və “KamAZ” avtomobilinin bazasında səyyar inteqrə olunmuş Ölçü-Müşahidə Nəzarət Kompleksi yaradılıb. Bu kompleksə günəş müşahidə stansiyası, mobil külək müşahidə stansiyası, küləyin sürətini və istiqamətini ultrasəs metodu ilə ölçən “Dopler SODAR” daxildir. Kompleks ölkə üzrə istənilən ərazidə stasionar rejimdə hər 20 metr məsafədə və 20-300 metr hündürlükdə bütün geofiziki-metroloji parametrləri ölçməyə və təhlil etməyə imkan verir.

Prezident İlham Əliyevə “Azgüntex” zavodunda istehsalı nəzərdə tutulan günəş və külək texnologiyaları əsasında hazırlanan qurğu və avadanlıq barədə məlumat verildi. Dövlətimizin başçısına, həmçinin Dövlət Agentliyinin dəstəyi ilə ölkəmizdə ilk dəfə olaraq günəş texnologiyasına əsaslanan küçə və istirahət parkları üçün “ağıllı” işıqlandırma sistemləri haqqında məlumat və nümunələr təqdim olundu. Bildirildi ki, bu sistemlər stasionar xarakter daşımaqla müstəqil rejimdə işləməyə qadirdir.

Alternativ və bərpa olunan enerji mənbələrinin geniş tətbiqi enerji təhlükəsizliyinin yüksəldilməsində, təbii qaza qənaət olunmasında, atmosferə atılan zərərli tullantıların azalmasında, ekoloji tarazlığın təmin olunması ilə innovativ inkişafın sürətlənməsində və yeni iş yerlərinin yaranmasında mühüm əhəmiyyətə malikdir.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:58
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

19 aprel 2024, 16:58
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:56
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik...

19 aprel 2024, 16:56
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:54
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                           

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli...

19 aprel 2024, 16:54
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:52
“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29...

19 aprel 2024, 16:52
SƏNƏDLƏR Sərəncamlar 17 aprel 2024
16:55
Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam...

17 aprel 2024, 16:55