14:08
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 iyul tarixli 796 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
21 iyul 2017, 19:12Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 iyul tarixli 796 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nı “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 iyul tarixli 796 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 7, maddə 614; 2011, № 2, maddə 85) ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1. Cədvəl 1 – “Nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normaları”nın 4-cü hissəsində “konstruktor, layihə və elmi-tədqiqat təşkilatlarında” sözləri “elmi müəssisə və təşkilatlarda” sözləri ilə əvəz edilsin.
2. Cədvəl 2 – “Binaların otaqlarında vibrasiya təcililərinin yolverilən səviyyələri” üzrə:
2.1. adında “təcililərinin” sözü “təcillərinin” sözü ilə əvəz edilsin;
2.2. 5-ci hissədə “konstruktor, layihə və elmi-tədqiqat təşkilatlarında” sözləri “, elmi müəssisə və təşkilatlarda” sözləri ilə əvəz edilsin.
3. Cədvəl 3 – “Binaların otaqlarında vibrasiya sürətlərinin yolverilən səviyyələri”nin 5-ci hissəsində “konstruktor, layihə və elmi-tədqiqat təşkilatlarında” sözləri “, elmi müəssisə və təşkilatlarda” sözləri ilə əvəz edilsin.
4. Cədvəl 4 – “Binaların otaqlarında mütləq vibrasiya yerdəyişmələrinin yolverilən səviyyələri”nin 5-ci hissəsində “konstruktor, layihə və elmi-tədqiqat təşkilatlarında” sözləri “, elmi müəssisə və təşkilatlarda” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 iyul 2017-ci il.
14:08
23:13
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb.
22 aprel 2024, 23:1321:00
20:48
Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birgə nahar ediblər.
22 aprel 2024, 20:4816:40
11:50
16:58
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...
19 aprel 2024, 16:5816:56
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik...
19 aprel 2024, 16:5616:54
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli...
19 aprel 2024, 16:5416:52
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29...
19 aprel 2024, 16:5216:50
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində (Azərbaycan...
19 aprel 2024, 16:5016:55
2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam...
17 aprel 2024, 16:55