22 iyul 2017, 12:15

Knyaz Mehtiyev və başqalarından, Tərtər, Azərbaycan

Möhtərəm cənab Prezident,

Biz Səhləbad kəndində yaşayırıq. Uzun illər idi ki, içməli su sarıdan əziyyət çəkirdik. Artıq problemimiz həll olunur, Tərtər şəhərində və 11 kəndə içməli su və kanalizasiya xətti çəkilir. Yaşadığımız Səhləbad kəndində də içməli su xəttinin çəkilişinə başlanıb. Fasiləsiz içməli su ilə təmin olunmağımız bizi ürəkdən sevindirir.

Möhtərəm cənab Prezident, bizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə öz minnətdarlığımızı bildiririk. Tanrı Sizi qorusun!

Hörmətlə,

Tərtər rayon Səhləbad kənd sakinləri adından

Mehtiyev Knyaz Mehti oğlu,

Manafov Rövşən Əziz oğlu,

Səfərov Nuru Hüseyn oğlu,

Sadıqov Şahin Sadıq oğlu,

Məmmədov Saday Əli oğlu.

Azərbaycan Respublikası, Tərtər rayonu.