22 iyul 2017, 12:18

Əvəz Ələkbərovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Məni Əməkdar Müəllim adına layiq gördüyünüzə görə Sizə böyük təşəkkürümü və minnətdarlığımı ifadə edirəm. Bunu mənim zəhmətimlə yanaşı, həm də işlədiyim Azərbaycan Dövlət İqtisad Universitetində həyata keçirilən yeniliklərin dünya standartlarına uyğunlaşdırılması səylərinə verilən qiymət kimi qəbul edirəm. Bu ada layiq görülməyim, eyni zamanda, təhsilə, elmə, iqtisadiyyat sahələrinə yüksək diqqətinizin göstəricisidir.

Bundan sonra da Sizin rəhbərliyiniz ilə aparılan islahatları daim dəstəkləyəcək, gələcək nəslin elmə və təhsilə peşəkar yiyələnməsinə daha böyük səylər göstərəcəyəm.

Dərin hörmətlə,

Ələkbərov Əvəz Əkbər oğlu

Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə və maliyyə institutları

kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor

Azərbaycan Respublikası, Bakı şəhəri.