01 avqust 2017, 13:20

Cəfərxan Mikayılov və Vasif Niftəliyevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Siz həmişə qeyd edirsiniz ki, su həyat deməkdir və ölkəmizin hər yerində insanlar dünya standartlarına uyğun içməli su ilə təmin olunmalıdırlar. Bu məqsədlə Sizin göstərişiniz əsasında Azərbaycanın müxtəlif bölgələrində ayrı-ayrı layihələr həyata keçirilir.

Sizin qayğınız sayəsində Qaradağ rayonunun Korgöz qəsəbəsinə də su xətti çəkilib və uzun illərdən bəri davam edən çətinliyimiz birdəfəlik aradan qaldırılıb. Qəsəbəmizin su problemini həll etdiyinizə görə sakinlərimiz adından Sizə minnətdarlığımızı bildirir, cansağlığı və yeni-yeni uğurlar arzulayırıq.

Hörmətlə,

Mikayılov Cəfərxan

Niftəliyev Vasif

Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu, Korgöz qəsəbəsi.