07 avqust 2017, 14:25

Həsənəli Əliyevdən, Pirallahı, Azərbaycan

Çox hörmətli cənab Prezident,

Sizin Sərəncamınızla Pirallahı rayonu yaradıldıqdan sonra böyük quruculuq-abadlıq işlərinə başlanılıb. Rayonumuzda yeni körpü, uşaq bağçaları və sair obyektlər tikilir, su-kanalizasiya sistemləri dəyişdirilərək yenilənib.

Hazırda rayonumuz 24 saat daimi içməli su ilə təmin edilir. Uzun müddət Pirallahı qəsəbəsində yaşamış qocaman bir neftçi kimi bu əlamətdar hadisəyə görə Pirallahı rayonu sakinləri adından Sizə dərin minnətdarlığımızı bildirirəm.

Hörmətlə,

Əliyev Həsənəli Dostəli oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Pirallahı rayonu.