09 avqust 2017, 11:30

Saleh Əhədov və başqalarından, Xabarovsk, Rusiya

Hörmətli cənab Prezident,

Biz – Rusiyanın Xabarovsk vilayətində yaşayan azərbaycanlı iş adamları Sizin Azərbaycandan kənarda yaşayan soydaşlarımızın öz doğma Vətənimizə investisiya qoymaları barədə çağırışınıza cavab olaraq, əslən olduğumuz Şirvan şəhərində iş qurmaq üçün fəaliyyətə başladıq. Bölgələrdə investisiyaların cəlb edilməsi ilə bağlı dövlət qurumlarının qarşısında qoyduğunuz tələblərə uyğun olaraq, onlar bizə hər cür kömək göstərdilər. Hazırda fəaliyyətimiz uğurla davam edir. 15 nəfəri daimi işlə təmin etmişik. Bir neçə aydan sonra isə daha 50 nəfəri daimi işə götürəcəyik. Xabarovsk vilayətində minlərlə azərbaycanlı iş adamı yaşayır. Biz onları da əmin etmişik ki, Sizin diqqətiniz sayəsində Azərbaycanda sahibkarlıq üçün bütün şərait yaradılıb.

Hörmətli cənab Prezident, bizə göstərdiyiniz qayğıya görə Sizə təşəkkürümüzü bildiririk. Siz ulu öndər Heydər Əliyevin layiqli davamçısı kimi ölkəmizin tərəqqisi naminə misilsiz işlər görürsünüz. Allah Sizi Azərbaycanımızın üstündən əskik etməsin! Allah Sizi və ailənizi qorusun!

Dərin hörmətlə,

Rusiyanın Xabarovsk vilayətində yaşayan azərbaycanlı iş adamları

Əhədov Saleh,

Həsənov Həsən,

Məhərrəmov Hacı və başqaları. 

Azərbaycan Respublikası, Rusiya, Xabarovsk vilayəti.