09 avqust 2017, 12:00

Çingiz Sadıqovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

 Son illər ölkəmizin sosial-iqtisadi, mədəni həyatında, həmçinin digər sahələrdə baş verən dinamik inkişaf, əldə olunan böyük uğurlar hər bir qələm adamı kimi, məni də ürəkdən sevindirir. Heç də uzaq tarixi olmayan Mili Mətbuat Günü ərəfəsində - yəni, bu il iyulun 20-də Sizin iştirakınızla jurnalistlər üçün inşa edilmiş yeni yaşayış binasının paylanması tədbirində başqa həmkarlarımla bərabər mən də unudulmaz sevinc hissləri yaşadım. Yeri gəlmişkən, qeyd edim ki, çalışdığım “MİR” Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan milli nümayəndəliyinin kollektivinə daim diqqət və qayğı göstərmisiniz. Belə ki, vaxtaşırı olaraq nümayəndəliyin maddi-texniki bazasının gücləndirilməsində, eləcə də kollektivin bir neçə üzvünün müxtəlif orden və fəxri adlar almasında öz qayğıkeşliyinizi nümayiş etdirmisiniz.

Cənab Prezident, ev alan 255 jurnalistdən biri kimi mənzil şəraitimin yaxşılaşdırılmasında göstərdiyiniz unudulmaz qayğıya görə, Sizə, ilk növbədə, ailə üzvlərim, həmçinin çalışdığım kollektivin adından dərin minnətdarlığımı bildirirəm. Allah Sizi qorusun!

Hörmətlə,

Sadıqov Çingiz Qarakişi oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri.