10 avqust 2017, 14:00

Pərvin Nəcəfquliyevadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Milli Mətbuat Günü ərəfəsində 255 jurnalist ailəsinə, o cümlədən bizim ailəyə böyük sevinc bəxş etdiniz. Mətbuatda 45 il fasiləsiz iş təcrübəsi olan atam Həmid Nəcəfquliyevə də mənzil hədiyyə etdiniz. Buna görə Sizə bütün ailəmiz adınan dərin təşəkkürümüzü bildiririk.

Cənab Prezident, Sizin yorulmaz, fədakar fəaliyyətiniz sayəsində doğma Azərbaycanımız gündən-günə çiçəklənir. Dostlarımız bundan sevinir, mənfur düşmənlərimiz isə dərin narahatlıq hissi keçirirlər.

Sizə və ailənizə möhkəm cansağlığı, işlərinizdə uğurlar diləyirik.

Biz Sizinlə fəxr edirik. Allah Sizi qorusun.

Hörmətlə,

Nəcəfquliyeva Pərvin Həmid qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri.