12 avqust 2017, 15:00

Tahir Talıblıdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Milli Mətbuat Günü münasibətilə 255 jurnalist ailəsini, eləcə də məni mənzillə mükafatlandırdınız, insanlara əvəzsiz sevinc bəxş etdiniz.

Buna görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sizə və ailənizə uzun ömür, möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Tanrı Sizi qorusun.

Hörmətlə,

Talıblı Tahir.

Azərbaycan Respublikası, Bakı şəhəri, Bakıxanov qəsəbəsi.