16 avqust 2017, 16:05

Ələddin Quliyevdən, Füzuli, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizin tələbatı daxili istehsal hesabına ödəmək, idxaldan asılılığı azaltmaq və ixracyönümlü inkişaf imkanlarımızın genişləndiriıməsi istiqamətindəki tapşırıqlarınız rayonumuzda uğurla həyata keçirilir.

Ənənəvi məşğulluq sahələrindən olan baramaçılığın inkişafı üçün yaradılmış yeni imkanlar nəticəsində rayonumuzun kümçüləri tərəfindən bu il ötən illə müqayisədə 8 dəfə çox, yəni, 25 tona qədər yaş barama istehsal edilib. Baramaçılığın inkişafı bizim gəlirlərimizin artmasına, sosial rifahımızın yüksəlməsinə kömək olmaqla bərabər, qeyri-neft sektorunun inkişafına da zəmin yaradır. Bölgələrdə yeni iş yerləri yaradılır ki, bu da əmək qabiliyyətli insanların işlə təmin olunmasına kömək olur.

Cənab Prezident, bizlərə maddi gəlirlərimizi davamlı surətdə artırmaq imkanı yaratdığınıza görə Sizə Kürdmahmudlu kəndindən olan kümçülər adından minnətdarlığımızı bildiririk. Allah Sizə yar olsun.

Hörmətlə,

Quliyev Ələddin Əzim oğlu

Məmmədov Nurəddin Cümşüd oğlu

Bayramov Seymur Şiraslan oğlu

Nuriyev Ramil Allaverən oğlu

Həziyev Rövşən Sevindik oğlu və başqaları. 

Azərbaycan Respublikası, Füzuli rayonu, Kürdmahmudlu kəndi.