17 avqust 2017, 13:00

Aydın Əhmədov və başqalarından, Zaqatala, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizin böyük diqqət və qayğınızla respublikamızda kənd təsərrüfatına maraq artır, insanlar yenidən torpağa qayıdır, bu sahə inkişaf edir. Xüsusilə bölgəmizdə böyük ənənəsi olan baramaçılıq sahəsi bərpa edilir. Sizin göstərişinizlə xaricdən ipəkqurdu toxumu alınır və kümçülərə pulsuz verilir. Baramanın alış qiyməti isə artırılıb. 

Hörmətli cənab Prezident, biz Zaqatala rayonunun kümçüləri adından baramaçılığın inkişafına göstərdiyiniz dəstəyə görə Sizə minnətdarlığımızı bildiririk. Biz zaqatalalılar Sizin bu siyasətinizi dəstəkləyərək, verdiyiniz tapşırıqların icra olunması üçün var qüvvəmizi səfərbər edəcəyik.

Hörmətlə,

Əhmədov Aydın Yusif oğlu

Daşdəmirov Namiq Təmraz oğlu

Tahirov Sahil Telman oğlu

Vəliyev Qəhrəman Ramazan oğlu.

Azərbaycan Respublikası, Zaqatala rayonu.