18 avqust 2017, 14:00

Akif Nəsirovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Ölkəmizdə müstəqil mətbuatın inkişafı, jurnalistlərin sosial rifahının yüksəldilməsi istiqamətində həyata keçirdiyiniz işlər hər bir media təmsilçisi tərəfindən razılıqla qarşılanır. Xüsusilə də 22 iyul –Milli Mətbuat Günü ərəfəsində bir qrup jurnalistin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yeni və tam təmirli mənzillərlə təmin olunması mənim ailəm üçün də ikiqat bayrama çevrildi.

Uzun illər kütləvi informasiya vasitələrində çalışmış media nümayəndələrinə və bu əlamətdar günü görə bilməyənlərin ailələrinə mənzillərin verilməsi onları insanın həyatını tamamilə dəyişə bilən böyük bir problemdən xilas etdi. Media təmsilçiləri zəhmətlərinin hədər getməməsinin, Sizin təşəbbüsünüzlə dövlətin onlara böyük qayğısının bir daha şahidi oldular.

Cənab Prezident, Sizə dərin təşəkkürümü və ehtiramımı bildirir, milli mətbuatımızın, eləcə də Azərbaycan dövlətinin inkişafı naminə gördüyünüz nəhəng işlərinizdə yeni-yeni uğurlar arzulayıram.

Dərin hörmətlə,

Nəsirov Akif Təvəkkül oğlu, Əməkdar Jurnalist,

Milli Məclisi mətbuat katibi.

Azərbaycan Respublikası, Bakı şəhəri.