18 avqust 2017, 13:00

Tatyana Osipovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Mən Nəsimi rayonu A.Rəhimov adına 247 nömrəli tam orta məktəbin şagirdiyəm. Məktəb şagirdləri üçün təşkil olunmuş “Gənc İlhamçılar” layihəsinin iştirakçısı kimi Quba şəhərinə səyahət etdim. Gənclərin düzgün formalaşması və dünyagörüşünün artması üçün bizə göstərdiyiniz xüsusi diqqət və qayğıya görə Sizə və ölkəmizin Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya dərin təşəkkürümüzü bildiririk.

Sizin biz gənclərə olan etimadınızı doğruldacağımıza söz veririk.

Hörmətlə,

Osipova Tatyana Sergeyevna.

Azərbaycan Respublikası, Bakı şəhəri.