18 avqust 2017, 12:00

Seva Əmrahovadan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident,

Azərbaycan gündən-günə çiçəklənir. Sizin kimi rəhbəri olan bir ölkədə yaşadığım üçün fəxr edirəm. Ölkəmizdə sülh və sabitliyi qoruyub saxladığınıza, bizə dünyəvi və firavan ölkədə yaşamaq imkanı yaratdığınıza görə Sizə təşəkkürümü bildirirəm.

Biz gələcəyə cəsarətlə baxırıq. Ona görə ki, ölkəmizin Prezidenti müdrik, ağıllı siyasətçi və əsl vətənpərvərdir. Xoşbəxt yaşamağımız üçün etdiyiniz hər şeyə görə Sizə bir daha minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Əmrahova Seva Sabir qızı.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.