19 avqust 2017, 14:00

Tural Əliyevdən, Şəmkir, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin yürütdüyünüz daxili və xarici siyasəti dəstəkləyir, bir azərbaycanlı gənci olaraq ictimaiyyət arasında hər zaman bu siyasətin təbliğatını aparıram. Mənim üçün bu, müstəqil Azərbaycanımızın güclənməsi və inkişaf etməsi naminə üzərimə düşən mənəvi öhdəlik, vətəndaşlıq borcudur. Hər bir azərbaycanlı bu öhdəliyi və mənəvi borcu öz çiyinlərində hiss edir və Sizin siyasi kursunuzu dəstəkləyir.

Möhtərəm Prezidentimiz, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin möhkəmləndirilməsi yolunda göstərdiyiniz xidmətlərə və nümayiş etdirdiyiniz iradəyə görə bütün Şəmkir gəncləri adından Sizə möhkəm cansağlığı və işlərinizdə uğurlar arzulayıram. Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan xalqı! Yaşasın Prezidentimiz!

Hörmətlə,

Əliyev Tural Məhərrəm oğlu.

Azərbaycan Respublikası, Şəmkir rayonu.