23 avqust 2017, 14:00

M.Zabil və başqalarından, Tərtər, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizin Tərtərdə çoxmənzilli binaların təmiri ilə bağlı imzaladığınız Sərəncam şəhərin Mehdi Hüseynzadə küçəsində yerləşən 10 A və 10 B saylı binaların sakinlərinin böyük sevincinə səbəb oldu. Uzun illər idi ki, yaşadığımız binalar təmir olunmurdu. Sərəncamınızdan sonra binalarımızın dam örtükləri dəyişdirildi, həyətində abadlıq işləri aparıldı. İndi binalarımız əvvəlkindən daha yaraşıqlı və səliqə-sahmanlıdır.

Bizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımı bildirir, işlərinizdə müvəffəqiyyətlər arzulayırıq. Tanrı Sizi qorusun.

Hörmət və ehtiramla,

M.Zabil

S.Sevda

D.Nuridə

T.Zərnişan

M.Sevinc.

Azərbaycan Respublikası, Tərtər şəhəri.