24 avqust 2017, 18:30

Şahlar Əmirovdan, Quba, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin dəstəyiniz sayəsində Quba rayonunun Rustov kəndinin sosial problemlərinin həlli istiqamətində mühüm işlər görülüb. Bunların içərisində yol çəkilişləri xüsusi yer tutur. Sizin sərəncamlarınıza uyğun olaraq, Rustov kəndini ətraf kəndlərə birləşdirən avtomobil yollarının tikintisi başa çatdırılmaq üzrədir. Sözsüz ki, yolların tikintisi nəqliyyatın yaxşılaşmasına və kəndimizin inkişafına gətirib çıxaracaq. Bu, biz kənd sakinləri üçün əlbəttə ki, böyük töhfədir.

Möhtərəm Prezident, kəndimizin sosial-iqtisadi inkişafına göstərdiyiniz qayğıya görə kənd ictimaiyyəti, xüsusilə də ağsaqqallar, ziyalılar, şəhid ailələri adından Sizə təşəkkürümüzü bildiririk. Yolunuz işıqlı, işləriniz avand olsun.

Hörmətlə,

Əmirov Şahlar Şahbaz oğlu,

Əməkdar Müəllim.

Azərbaycan Respublikası, Quba rayonu, Rustov kəndi.