31 avqust 2017, 12:30

Sahimə Vəlişovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Mən Füzuli rayonundan məcburi köçkünəm. Köçkün olduğuma baxmayaraq, mən bu gün özümü çox xoşbəxt hesab edirəm. Çünki Sizin sayənizdə sabit, gündən-günə inkişaf edən, gözəlləşən bir ölkədə yaşayıram.

Sizin istər bölgələrimizə, istərsə də xarici dövlətlərə səfərlərinizi, çıxışlarınızı hər zaman diqqətlə izləyirəm. Çox sevinirəm ki, belə müdrik, qətiyyətli, prinsipial çıxışları, qəddi-qaməti ilə seçilən Prezidentim var.

Ötən ilin aprelində Ordumuzun qazandığı qələbələrdə, Lələtəpə yüksəkliyinin və Cocuq Mərcanlı kəndinin işğaldan azad edilməsində, məcburi köçkünlərin illər sonra öz doğma yurd-yuvalarına qayıtmasında Sizin Ali Baş Komandan kimi rolunuz danılmazıdır. Mənim kimi yüzlərlə ziyalı insan Sizin əməyinizi görür, qiymətləndirir və buna görə Sizə “Çox sağ olun!” deyir.

Cənab Prezident, Sizə və ailənizə möhkəm cansağlığı, çətin və şərəfli işinizdə uğurlar arzulayıram. Allah Sizi qorusun.

Hörmətlə,

Vəlişova Sahimə Tapdıq qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.