05 sentyabr 2017, 12:50

Fayiq Lətifovdan, Mingəçevir, Azərbaycan

Möhtərəm cənab Prezident,

Ölkəmizə rəhbərlik etdiyiniz ilk gündən xalqın qayğısına qalmağınızı, onun qarşılaşdığı problemlərin həlli istiqamətində atdığınız addımları biz mingəçevirlilər yüksək qiymətləndirmişik. Avqustun 29-da Mingəçevir şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması işinin davam etdirilməsi ilə bağlı imzaladığınız Sərəncam isə bizləri hədsiz sevindirdi.

Bizə göstərdiyiniz yüksək diqqət və qayğıya görə Sizə "Çox sağ olun!" deyir və bunu müqəddəs Qurban bayramı hədiyyəsi kimi qəbul edirik. Sizin də bayramınız mübarək olsun.

Hörmətlə,

Lətifov Fayiq

Azərbaycan Respublikası, Mingəçevir şəhəri