07 sentyabr 2017, 16:30

İsmayıl Gülverdiyevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezidentimiz,

Yaşadığımız Binəqədi rayonu, 28 May qəsəbəsinin sosial-iqtisadi inkişafına göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin təşəkkürümüzü bildiririk.

Son illər qəsəbəmiz tanınmaz dərəcədə dəyişib, bir sıra yeni sosial obyektlər tikilərək sakinlərin istifadəsinə verilib. Məmnuniyyətlə bildiririk ki, Sizin birbaşa göstərişiniz əsasında qəsəbədə 960 yerlik məktəbin tikinti işləri sürətlə davam edir.

Qəsəbəmizin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı avqustun 31-də imzaladığınız Sərəncamınız da qəsəbə sakinləri tərəfindən rəğbətlə qarşılandı.

Cənab Prezident, görülən işlərə görə Sizə sonsuz sevgimizi ifadə edir, bir daha minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Gülverdiyev İsmayıl Gülbala oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi.