09 sentyabr 2017, 14:01

Hikmət Kərimovdan, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Prezident,

Arakandakı müsəlmanlara göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkürümü ifadə etmək üçün söz tapmaqda çətinlik çəkirəm. Belə bir addım atmaqla Siz xalqımızı duyğulandırdınız. Siz bu addımınızla nəinki Azərbaycan xalqının, eləcə də yardıma möhtac olan bütün məzlumların qəlbində daimi yer qazandınız, bütün dünyaya əsl örnək oldunuz. Siz bununla xeyirxah insan, humanist lider, ulu öndər Heydər Əliyevin layiqli davamçısı olduğunuzu bizə və bütün dünyaya bir da nümayiş etdirdiniz.  

Hörmətli cənab Prezident, bu məktubu Sizə yazarkən qürur və sevinc göz yaşlarına hakim ola bilmədim. Bunu bizlərə yaşatdığınız üçün Sizə, Mehriban xanım Əliyevaya və eləcə də ailənizə şəxsən öz adımdan və bütün Azərbaycan xalqı adından dərin minnətdarlığımı bildirəm. Uca Allah daim yar və yardımçınız olsun.

Hörmətlə,

Kərimov Hikmət Kərim oğlu.

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Hindarx qəsəbəsi.