12 sentyabr 2017, 15:15

Buludxan Hüseynov və başqalarından, Lerik, Azərbaycan

Hörmətli cənab Prezident,

Lerik rayonunun Noda-Şingədulan-Xanəgah avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə əlaqədar Sizə minnətdarlığımızı bildiririk. İnanırıq ki, bu yolun tikintisi tezliklə başa çatacaq və kəndlərimizin sakinlərini narahat edən böyük problem həll olunacaq.

Əziz Prezidentimiz, biz Sizin ətrafınızda hər zaman sıx birləşmişik və hər bir əmrinizi yerinə yetirməyə, hər an silaha sarılıb torpaqlarımızı işğaldan azad etməyə hazırıq. Sizə bir daha təşəkkür edirik. Allah Sizi qorusun.

Hörmətlə,

Hüseynov Buludxan İmanxan oğlu

Piriyev Nadi Şirməmməd oğlu

Qurbanov Təzəxan Əzim oğlu

Əliyeva Xanımbala Şahəli qızı

Məstiyev Malik Baloğlan oğlu

Diniyev Adil Həmid oğlu.

Azərbaycan Respublikası, Lerik rayonu.