14:08
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev forumda iştirak edir.
23 aprel 2024, 14:08Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
-Cənab Prezident.
1994-cü ildə ilk dəfə “Azəri-Çıraq-Günəşli” neft yataqları üzrə Hasilatın Pay Bölgüsü Sazişi imzalandığı zaman müstəqil Azərbaycan ölkənin inkişafı üçün mühüm bir addım atdı. Mərhum Prezident Heydər Əliyev hökuməti Azərbaycanın enerji sektorunun inkişafında iştirak etmək üçün beynəlxalq şirkətləri ölkəyə dəvət etdi. Bu, qarşılıqlı faydalanma və məhsuldar əməkdaşlığın əsasını qoydu. Statoilun Azərbaycandakı fəaliyyəti Norveç və Azərbaycan arasında ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynayır.
“Azəri-Çıraq-Günəşli” neft yataqlarında Hasilatın Pay Bölgüsü üzrə yeni Sazişin imzalanması ilə məhsuldar beynəlxalq enerji əməkdaşlığının yeni səhifəsi açılır. Bu Saziş cəlb olunan bütün tərəflər üçün böyük öhdəlikdir. Biz çox şadıq ki, Statoil və onun “AÇG” üzrə tərəfdaşları bu öhdəliyi birlikdə üzərlərinə götürüblər.
Həm Norveç, həm də Azərbaycan kifayət qədər qlobal enerji təminatçılarıdır. Bugünkü tədbir qarşıdakı onilliklər ərzində bizim Avropanı geniş və sabit enerji ilə təmin edən mühüm iştirakçılar olaraq qalmağımıza aydın siqnaldır. Ümid edirəm ki, əlaqələrimiz gələcəkdə daha da inkişaf edəcəkdir.
Cənab Prezident, Hasilatın Pay Bölgüsü üzrə yeni Sazişin imzalanması münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm. “AÇG” yataqlarına cəlb olunan bütün tərəflərə gələcək inkişafda uğurlar arzu edirəm, Sizə və xalqınıza rifah, tərəqqi diləyirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Terje Söviknes
Norveçin neft və energetika naziri
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev forumda iştirak edir.
23 aprel 2024, 14:08Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb.
22 aprel 2024, 23:13Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birgə nahar ediblər.
22 aprel 2024, 20:48Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...
19 aprel 2024, 16:58Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik...
19 aprel 2024, 16:56Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli...
19 aprel 2024, 16:54Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29...
19 aprel 2024, 16:52Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində (Azərbaycan...
19 aprel 2024, 16:502023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam...
17 aprel 2024, 16:55