15 sentyabr 2017, 18:45

Mehman Heydərovdan, Lənkəran, Azərbaycan

Hörmətli cənab Prezident,

Bu günlərdə Lənkəranda Sizin sədrliyinizlə keçirilən çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində söylədiyiniz dərin məzmunlu nitqinizin hələ də təsiri altındayam. Sevincimin həddi-hüdudu yoxdur. Nə yaxşı ki, rayonumuzda ənənəvi əkinçilik sahəsi olan çəltikçiliyin inkişafı üçün müvafiq qurumlara tapşırıqlarınızı verdiniz. Bu, yüzlərlə yeni iş yerinin açılması deməkdir.

Buna görə Sizə dərin minnətdarlığımızı bildiririk. Allahdan Sizə möhkəm cansağlığı diləyirəm.

Dərin hörmətlə,

Heydərov Mehman Sərraf oğlu,

kənd sakini. 

Azərbaycan Respublikası, Lənkəran rayonu, Boladi kəndi.