16 sentyabr 2017, 14:10

Ənvər Hüseynovdan, Gədəbəy, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin avqust ayında Gədəbəy rayonuna səfəriniz bizi çox sevindirdi. Çoxdan arzusunda olduğumuz Heydər Əliyev Mərkəzinin, Bayraq Meydanının və digər obyektlərin Sizin tərəfinizdən açılışının edilməsi bizi şad etdi və bizim ürəyimizcə oldu. 

Əvvəllər içməli su sarıdan əziyyət çəkirdik. Sizin sayənizdə indi bu problemimiz də həll edilib və hər kəsin evinə təmiz içməli su gəlir. Allah köməyiniz olsun.

Əziz Prezidentimiz, bu xeyirxah və savab işlərə görə şəxsən öz adımdan və bütün gədəbəylilər adından Sizə təşəkkürümü bildirirəm.

Hörmətlə,

Hüseynov Ənvər Musa oğlu.

Azərbaycan Respublikası, Gədəbəy rayonu.