16 sentyabr 2017, 14:25

Zibeydə Nağıyevadan, Cəlilabad, Azərbaycan

Hörmətli cənab Prezident,

Biz dövlətimizin həm xarici, həm də daxili siyasətini bəyənir və həmişə dəstəkləyirik. Ulu öndər Heydər Əliyevin qurub-yaratdığı müasir Azərbaycan Respublikasında Sizin rəhbərliyiniz altında xoşbəxt yaşayır və gələcəyə inamla baxırıq. Sizin rəhbərliyinizlə ölkəmiz dinamik inkişaf edir, iqtisadiyyatını gücləndirir, dünya arenasında özünə layiqli mövqe tutur.

Sizin apardığınız düzgün siyasət və uğurlu islahatlar nəticəsində yaxın zamanlarda Azərbaycanın kənd təsərrüfatının inkişafı üzrə dünyanın aparıcı ölkələri sırasında yer alacağına inanırıq. Artıq Sizin səyləriniz nəticəsində “ağ qızıl”ımız “qara gün”lərdən çıxıb. Dövlətimizin diqqət və qayğısı ilə bu il rayonumuzda pambıq sahələri xeyli artırılıb.  

Qonşu Zəhmətabad kəndində müasir standartlara uyğun tikilib istifadəyə verilən məktəb binası Sizin və birinci xanım Mehriban Əliyevanın ölkəmizdə təhsilin inkişafına göstərdiyiniz diqqət və qayğının nəticəsidir. Cəlilabad-Yardımlı avtomobil yolunun tikintisi də çox mühüm layihədir. 

Möhtərəm Prezidentimiz, əldə edilən nailiyyətlərə görə Sizə təşəkkür edir, müstəqil Azərbaycanımızın daha da güclənməsi naminə fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

Hörmətlə,

Nağıyeva Zibeydə.  

Azərbaycan Respublikası, Cəlilabad rayonu , Kövüzbulaq kəndi.