18 sentyabr 2017, 17:00

Kəmalə Həmidovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Gənclərin təhsilinə, sağlamlığına göstərdiyiniz diqqət, onlara verdiyiniz dəstək hər zaman özünü doğruldur. Qəbul imtahanlarında müxtəlif ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi gəncləri daha da ruhlandırır, Vətənimizə layiqli vətəndaşlar olmağa həvəsləndirir.

Əziz Prezidentimiz, mənim övladım da Prezident təqaüdünə layiq görülən tələbələr arasındadır. Buna görə Sizə dərin minnətdarlığımı bildirir, uzun ömür, möhkəm cansağlığı arzulayıram.

Hörmətlə,

Həmidova Kəmalə Firuddin qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri.