18 sentyabr 2017, 17:10

Xəyalə Abbasovadan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident,

Şəhərimizdəki tərəqqiyə, abadlıq-quruculuq işlərinə və sağlam-psixoloji mühitə görə Sizə dərin təşəkkürümüzü bildiririk.

Sumqayıta və onun sakinlərinə göstərdiyiniz qayğı nəticəsində şəhərimizdə quruculuq işləri sürətlə davam etdirilir. Yaşayış binaları əsaslı təmir olunur, yollara asfalt örtüyü çəkilir.

Hörmətli cənab Prezident, şəhərimizi hərtərəfli qayğınızla əhatə etdiyinizə görə 17-ci mikrorayonun sakinləri adından Sizə bir daha dərin minnətdarlığımızı bildirir, görülən işlərə həmişə dəstək göstərəcəyimizə söz veririk.

Hörmətlə,

Abbasova Xəyalə Mayis qızı.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri, 17-ci mikrorayon.