İlham Əliyev Nyu-Yorkda ABŞ Etnik Anlaşma Fondunun sədri və bir sıra dini liderlərlə görüşüb

18 sentyabr 2017, 17:15
İlham Əliyev Nyu-Yorkda ABŞ Etnik Anlaşma Fondunun sədri və bir sıra dini liderlərlə görüşüb

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində ABŞ Etnik Anlaşma Fondunun sədri ravvin Mark Şnayer və bir sıra xristian yevangelik dini liderləri ilə görüşüb.

Bakıda dövlətimizin başçısı ilə görüşlərini məmnunluqla xatırlayan ABŞ Etnik Anlaşma Fondunun sədri ravvin Mark Şnayer ölkəmiz haqqında həmişə zəngin təəssüratlarının olduğunu dedi. Qeyd etdi ki, Prezident İlham Əliyev dinlərarası dialoq və əməkdaşlığa həmişə sadiq olub. Ravvin Mark Şnayer Amerikanın yəhudi icmasının rəhbəri kimi Azərbaycan Prezidentinin ölkəmizdə yəhudi icmasına verdiyi dəstəyə görə minnətdarlığını bildirdi. O, eyni zamanda, ABŞ yəhudi icması adından Azərbaycan-İsrail əməkdaşlığının inkişafından məmnunluğunu ifadə etdi.

“İqls Vinqs” təşkilatı ilə əlaqələrə toxunan ravvin Mark Şnayer qeyd etdi ki, bu görüşdə təmsil olunan nümayəndə heyətinin üzvləri Amerika yevangelist icmasının nüfuzlu şəxsləridir. O dedi ki, ABŞ-da yevangelist icmasının 100 milyondan artıq nümayəndəsi yaşayır və onların Amerika yəhudiləri və digər icmalarla yaxşı əlaqələri var. ABŞ Etnik Anlaşma Fondunun sədri bildirdi ki, bu gün Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə dinlərarası dialoq və tolerantlıq sahələrində həyata keçirilən işlər başqa ölkələrə nümunə ola bilər.

Xoş sözlərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı Azərbaycanda ravvin Mark Şnayerlə keçirdiyi görüşlərə toxunaraq, həmin görüşlər zamanı faydalı fikir mübadiləsinin aparıldığını qeyd etdi. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artır, bununla yanaşı, ölkəmiz haqqında daha geniş məlumatın yayılması vacibdir. Prezident İlham Əliyev bu baxımdan bu cür görüşlərin və keçirilən tədbirlərin önəmini vurğuladı. Azərbaycanda sabitliyin tam bərqərar olduğunu qeyd edən Prezident İlham Əliyev dedi ki, bunun əsas səbəblərindən biri də müxtəlif dini və etnik qrupların nümayəndələrinin ölkəmizdə sülh və qarşılıqlı anlaşma şəraitində yaşamasıdır.

Görüşdə çıxış edən Amerikanın “İqls Vinqs” yevangelist təşkilatının pastoru Ceyms Ruddi dedi: “Sıx iş qrafikinə baxmayaraq, bizimlə görüşə vaxt ayırdığınıza görə minnətdarlığımızı bildiririk. Bu görüş bizim üçün böyük əhəmiyyət daşıyır. Təşkilatımız təkcə ABŞ-da deyil, bütün dünyada böyük bir şəbəkəyə və nüfuza malikdir. Bizim 175 ölkədə nümayəndələrimiz var. Biz bu gün Sizinlə görüşməkdən dərin məmnunluq hissi keçiririk və ölkənizlə əməkdaşlığın genişlənməsində çox maraqlıyıq”.

Pastor Ceyms Ruddinin söylədiyi sözlərdən məmnunluğunu ifadə edən Prezident İlham Əliyev ümidvar olduğunu bildirdi ki, bu görüş əməkdaşlığımızın genişlənməsi işinə öz töhfəsini verəcək. Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinə toxunan Prezident İlham Əliyev əlaqələrimizin siyasi, iqtisadi, təhlükəsizlik, energetika və digər sahələrdə uğurla inkişaf etdiyini dedi. Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində də ABŞ ilə əməkdaşlığı çox yaxşı səviyyədədir və ölkəmiz Əfqanıstandakı sülhməramlı əməliyyatların nəqliyyat və logistika sahəsinə böyük töhfə verir.

Prezident İlham Əliyev, eyni zamanda, Azərbaycan ilə İsrail arasındakı əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə etdi. Dövlətimizin başçısı qeyd etdi ki, bu gün Azərbaycan dünyada multikulturalizm, dini azadlıq və dinlərarası əməkdaşlığın mühüm mərkəzlərindən birinə çevrilib. Prezident İlham Əliyev bu baxımdan Azərbaycan haqqında həqiqətlərin dolğun şəkildə yayılmasının önəminə toxundu. Bu gün Azərbaycanın siyasi, iqtisadi, sosial və digər sahələrdə böyük uğurlar əldə etdiyini deyən Prezident İlham Əliyev bildirdi ki, ötən il ölkəmizdə “Multikulturalizm İli”nin elan olunması dövlətimizin və xalqımızın mədəni, mənəvi və dini dəyərlərə sadiqliyinin təzahürüdür. Eyni zamanda, bu il ölkəmizdə “İslam Həmrəyliyi İli”nin elan olunması İslam ölkələri arasında əməkdaşlığa və ümumilikdə İslam dünyasında həmrəyliyin möhkəmləndirilməsi işinə Azərbaycanın dəyərli töhfəsidir. Bundan başqa, Bakının iki il ərzində həm Avropa Oyunlarına, həm də İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi Azərbaycanın xristian dünyası ilə İslam dünyası arasında əməkdaşlıq işinə verdiyi böyük dəstəkdir.

Söhbət zamanı Prezident İlham Əliyev Ermənistanın Azərbaycana təcavüzü barədə məlumat verdi, ölkəmizin qlobal enerji təhlükəsizliyinin təmin olunması sahəsində həyata keçirdiyi işlərdən danışdı.

gallery-photo
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:58
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

19 aprel 2024, 16:58
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:56
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik...

19 aprel 2024, 16:56
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:54
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                           

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli...

19 aprel 2024, 16:54
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:52
“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29...

19 aprel 2024, 16:52
SƏNƏDLƏR Sərəncamlar 17 aprel 2024
16:55
Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam...

17 aprel 2024, 16:55
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:55
“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə...

16 aprel 2024, 13:55
SƏNƏDLƏR Qanunlar 16 aprel 2024
13:53
“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alır:

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi...

16 aprel 2024, 13:53
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:51
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1129-VIQD nömrəli Qanununun tətbiqi və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

16 aprel 2024, 13:51