19 sentyabr 2017, 11:30

İlkin Şixiyevdən, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident,

Şəhərimizdəki müşahidə olunan tərəqqiyə, aparılan abadlıq-quruculuq işlərinə və yaradılan sağlam-psixoloji mühitə görə Sizə təşəkkürümüzü bildiririk. Sumqayıta və onun sakinlərinə göstərdiyiniz diqqət və qayğı nəticəsində şəhərimizdə quruculuq işləri sürətlə davam etdirilir. Yaşayış binaları əsaslı təmir olunur, yollara asfalt örtüyü çəkilir.

Hörmətli cənab Prezident, şəhərimizi hərtərəfli qayğınızla əhatə etdiyinizə görə 17-ci mikrorayonun sakinləri adından Sizə bir daha dərin minnətdarlığımızı bildirir, görülən işləri daim dəstəkləyəcəyimizə söz veririk. 

Hörmətlə,

Şixiyev İlkin İsmayıl oğlu.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.