19 sentyabr 2017, 12:00

Sevda Fərəcovadan, Masallı, Azərbaycan

Hörmətli cənab Prezident,

Xalqımız bu gün çox xoşbəxtdir ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi kurs Sizin tərəfinizdən layiqincə davam etdirilir. Bunun nəticəsidir ki, xalqın maddi rifah halı gündən-günə  yaxşılaşır, vətəndaşlara dövlət qayğısı daim diqqət mərkəzindədir.

Bu qayğıdan bizim ailəyə də pay düşüb. Belə ki, övladım Fərəcli Yusif anadangəlmə eşitmə və danışma qüsurlu idi. Sizə müraciətimizdən sonra övladımız əməliyyat olundu, onun eşitmə və danışma qabiliyyəti bərpa edildi. 

Hörmətli cənab Prezidentimiz, övladımıza yeni həyat verilməsinə, onun bizə sağlam bəxş edilməsinə göstərdiyiniz qayğı bizi hədsiz sevindirdi. Buna görə Sizə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya ailəmiz və yaxınlarımız adından dərin minnətdarlığımızı bildiririk. Allah Sizi qorusun. 

Hörmətlə,

Fərəcova Sevda.

Azərbaycan Respublikası, Masallı rayonu, Təzə Alvadı kəndi.