20 sentyabr 2017, 14:30

Səbuhi Kubişevdən, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident,

Nizami yurdu Gəncəyə göstərdiyiniz xüsusi diqqət və qayğı sayəsində şəhərimiz günbəgün gözəlləşir, öz möhtəşəm siması ilə insanları heyran qoyur.

Gəncədə infrastruktur layihələri uğurla icra edilir, yeni ictimai və sosial binalar, kinoteatr və filarmoniya inşa olunur. Ulu öndər Heydər Əliyevin adını daşıyan, sakini olduğumuz prospektdə görülən quruculuq işləri, avtomobil yollarında və piyada səkilərində səliqə-səhmanın yaradılması, müasir işıqforların quraşdırılması hər kəsdə xoş ovqat yaradıb.

Cənab Prezident, görülən bütün bu işlərə görə ziyalı ailəmiz adından Sizə təşəkkür edirəm.

Hörmətlə,

Kubişev Səbuhi Nadir oğlu.

Azərbaycan Respublikası, Gəncə şəhəri.