Cəmşid Finuni və başqalarından, Goranboy, Azərbaycan
20 sentyabr 2017, 16:50
Möhtərəm cənab Prezident,
Sentyabrın 14-də Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması ölkəmizin həyatında əlamətdar və tarixi bir hadisə oldu. Biz – Goranboy rayonun ağsaqqalları bu tarixi hadisədən qürur duyur, Sizin siyasətinizi ulu öndər Heydər Əliyevin neft strategiyasının uğurlu davamı kimi qiymətləndiririk.
İnanırıq ki, imzaladığınız bu kontrakt Azərbaycanın gələcək inkişafına, maliyyə imkanlarının gücləndirilməsinə, əhalinin maddi rifah halının daha da yaxşılaşdırılmasına böyük təkan verəcək.
Hörmətlə,
Finuni Cəmşid Həsən oğlu
Zeynalov Məzahir Hidayət oğlu
Abbasov Adil Xəlil oğlu.
Azərbaycan Respublikası, Goranboy rayonu.