21 sentyabr 2017, 14:40

Rauf Teyyubov və başqalarından, Goranboy, Azərbaycan

Möhtərəm cənab Prezident,

Ulu öndərimiz Heydər Əliyevin sədrliyi ilə 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” artıq 23 ildir Azərbaycanın inkişafına və xalqımızın rifahının yüksəldilməsinə xidmət edir. Bu müqavilə Azərbaycanın bir dövlət kimi dünya iqtisadi sisteminə qoşulmasına və beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə əlverişli şərait yaratdı.

Azərbaycanı istəməyən qüvvələrin bütün cəhdlərinə baxmayaraq, “Əsrin müqaviləsi”ndən sonra Sizin qətiyyətli mövqeyiniz sayəsində beynəlxalq neft və qaz kəmərləri layihələri reallaşdı, bu gün də yeni layihələr uğurla icra olunur. Biz inanırıq ki, Sizin imzanızla “Əsrin müqaviləsi”nin müddətinin uzadılması, “Sahdəniz” və “Cənubi Qaz Dəhlizi” layihələrinin icrası nəticəsində xalqımızın,  dövlətimizin maddi imkanları daha da genişlənəcək, Azərbaycan dünyada ən inkişaf etmiş dövlətlərdən birinə çevriləcək.

Goranboy rayon ziyalıları adından dərin hörmətlə,

Teyyubov Rauf Teyyub oğlu

Əkbərov Mübariz Hilal oğlu

Məmmədov Səxavət Rəşid oğlu

Budaqov Rüstəm Abdulla oğlu.

Azərbaycan Respublikası, Goranboy rayonu.