21 sentyabr 2017, 14:55

Şəfiqə Vəliyevadan, Göygöl, Azərbaycan

Möhtərəm cənab Prezident,

Göygöl rayonunda Üçtəpə kənd tam orta məktəbi üçün 432 şagird yerlik yeni binanın tikilərək sentyabrın 15-də – Bilik günündə istifadəyə verilməsi, təhsil ocağının zəruri avadanlıqlarla təchiz edilməsi kənd sakinlərinin və məktəbin kollektivinin ürəyincə oldu. 

Müasir tələblərə cavab verən yeni məktəb binasının istifadəyə verilməsi Sizin təhsilə göstərdiyiniz diqqət və qayğınızın əyani təzahürüdür. Sizə məktəbin kollektivi adından dərin minnətdarlığımızı bildirirəm.

Hörmətlə,

Vəliyeva Şəfiqə,

Üçtəpə kənd orta məktəbinin direktoru.

Azərbaycan Respublikası, Göygöl rayonu.