Mali Respublikasının Prezidenti Zati-aliləri cənab İbrahim Bubakar Keytaya

21 sentyabr 2017, 17:59

Hörmətli cənab Prezident,

Mali Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından təbriklərimi yetirirəm.

Ümidvaram ki, Azərbaycan-Mali əlaqələri ölkələrimizin və xalqlarımızın mənafelərinə uyğun olaraq genişlənəcək və inkişaf edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və tərəqqi arzulayıram.
Hörmətlə,


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 19 sentyabr 2017-ci il.