22 sentyabr 2017, 14:00

Elşad Eyvazovdan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident,

Azərbaycan təhsilinin ən böyük himayədarı kimi Sizi yeni dərs ili və Bilik günü münasibətilə səmimi qəlbdən təbrik edirik. Siz ölkəmizdə təhsilin inkişafına böyük diqqət göstərirsiniz.

Cənab Prezident, Sizin müdrik siyasətiniz sayəsində Azərbaycanımız, eləcə də bizim doğma Sumqayıtımız sürətli inkişaf yolu ilə inamla irəliləyir. Sizin uğurlu siyasətiniz böyük bir şəhərə yeni həyat verdi.

Sumqayıtda aparılan böyük quruculuq işlərinə görə Sizə minnətdarlığımızı bildiririk. Müstəqil Azərbaycanın daha da inkişafı naminə  gördüyünüz işlərdə Sizə uğurlar, möhkəm cansağlığı arzulayırıq.

Hörmətlə,

Eyvazov Elşad Əli oğlu.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.