23 sentyabr 2017, 12:50

Allahverdi Həbibovdan, Lənkəran, Azərbaycan

Hörmətli cənab Prezident,

Uzun illərdən bəri istifadəsiz qalmış bərəkətli torpaqlarımız Sizin aqrar sahəyə göstərdiyiniz diqqətiniz sayəsində yenidən dövriyyəyə daxil edilir. Min bir nemət yetirən torpaqlarımız yenidən canlanır.

Möhtərəm cənab Prezident, Sizin bu yaxınlarda Lənkərana səfəriniz bir sahibkar kimi məndə böyük inam yaratdı. İndi əkib-becərmək həvəsimiz daha da artıb. İnanırıq ki, ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalı ildən-ilə artacaq.

       

Hörmətlə,

Həbibov Allahverdi Qüdrət oğlu.

Azərbaycan Respublikası, Lənkəran rayonu, Osakücə kəndi.