23 sentyabr 2017, 13:50

Atlas Məmmədova və Əzizə Niftaliyevadan, Tərtər, Azərbaycan

Möhtərəm cənab Prezident,

Biz Tərtər şəhərinin mərkəzində, Elman Hüseynov küçəsindəki çoxmənzilli binada yaşayırıq. Binamız şəhərin mərkəzində yerləşsə də, uzun illər təmir olunmadığından fasadı ürəkaçan vəziyyətdə deyildi. Sizin rayonumuza səfərinizdən sonra çoxmənzilli binaların təmirinə vəsait ayrılması barədə Sərəncam imzalamağınız bizi çox sevindirdi. Görülən işlər nəticəsində binamızın dam örtüyü yeniləndi, fasad hissəsi rəngləndi, giriş qapısı, pəncərələri dəyişdirildi. Hazırda yaşadığımız binanın əvvəlki görkəmindən əsər-əlamət qalmayıb.

Çox hörmətli Prezident, bizə bəxş etdiyiniz bu sevincə görə Sizə minnətdarlığımızı bildiririk. Tanrı Sizi qorusun.

Tərtər şəhəri E.Hüseynov küçəsindəki 27 saylı binanın sakinləri adından dərin hörmət və ehtiramla,

 

Məmmədova Atlas

Niftaliyeva Əzizə.

Azərbaycan Respublikası, Tərtər rayonu.