23 sentyabr 2017, 14:10

Azad Abbasovdan, Tərtər, Azərbaycan

Hörmətli cənab Prezident,

2016-cı ilin aprel döyüşləri zamanı atılan top mərmiləri işlədiyim 640 şagird yerlik Tərtər şəhər 6 saylı tam orta məktəbinin binasına ciddi ziyan vurmuşdu. Cari təmir işləri aparsaq da, məktəbimizin görkəmi o qədər də  ürəkaçan deyildi. Sizin müvafiq Sərəncamınızla məktəbimizin əsaslı təmirinə başlanılması pedaqoji kollektivə böyük sevinc bəxş etdi. Hazırda məktəbimizdə təmir işləri davam etdirilir.

Möhtərəm cənab Prezident, cəbhə bölgəsinin sakinlərinə, biz təhsil işçilərinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Abbasov Azad.

Azərbaycan Respublikası, Tərtər rayonu.