24 sentyabr 2017, 11:00

Mirsalam Ağayevdən, Sabirabad, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin uzaqgörən və məqsədyönlü siyasətiniz nəticəsində bu gün Azərbaycan, sözün əsl mənasında, dünyada xüsusi nüfuzu olan dövlətə çevrilib. Qədirbilən xalqımız Sizi dəstəkləyir və bundan sonra da uğurlu fəaliyyətinizin davamlı olmasını arzu edir. Əminik ki, ölkəmizi nüfuzdan salmaq istəyən qara qüvvələrin və anti-Azərbaycan ünsürlərin bütün cəhdləri hər zaman olduğu kimi iflasa uğrayacaq. Ölkəmizə qarşı aparılan qarayaxma kampaniyaları heç bir vəchlə tərəfimizdən qəbul edilmir və edilməyəcəkdir. Əmin olun ki, biz hər zaman olduğu kimi, bu gün də Sizi dəstəkləyirik.

Hörmətli cənab Prezident, bizə yaşatdığınız qürurlu və sevincli günlərə görə Sizə, birinci vitse-prezident xanım Mehriban Əliyevaya və ailə üzvlərinizə şəxsən öz adımdan və bütün Azərbaycan xalqı adından dərin minnətdarlığımı bildirirəm. Uca Allah daim yardımçınız olsun.

Hörmətlə,

Ağayev Mirsalam Seyidağa oğlu

Azərbaycan Respublikası, Sabirabad rayonu.