24 sentyabr 2017, 11:10

Yeganə Nərmanovadan, Bakı, Azərbaycan

Möhtərəm Prezident!

Siz, BMT Assambleyasının 72-ci sessiyasındakı çıxışınızla bir daha dünya ictimaiyyətinin diqqətini Azərbaycana, xüsusən də Dağlıq Qarabağ münaqişəsinə yönəldərək, ölkəsinin və xalqının milli maraqlarını müdafiə edən qətiyyətli dövlət başçısı olduğunuzu, Azərbaycanda alternativsiz lider kimi qəbul edildiyinizi isbatladınız. Qətiyyətli çıxışınızla, praqmatik tezislərinizlə Ermənistanın kriminal rəhbərliyini ifşa edərək müasir, demokratik, inkişaf edən, tərəqqisi ilə dünya ölkələrinə nümunə olan Azərbaycanın yeni formada təqdimatını reallaşdırdınız. Biz Sizinlə fəxr edirik.

Hörmətlə,

Nərmanova Yeganə Əli qızı

Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.