28 sentyabr 2017, 16:20

Anar İsmayılovdan, Füzuli, Azərbaycan

Hörmətli cənab Prezident,

Dünən Ağdamın “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqası çərçivəsində dünyada ən tanınmış klublarından olan “Roma” ilə qarşılaşdı. Bakı Olimpiya Stadionunda keçirilən matçda komandamız möhtəşəm oyun nümayiş etdirdi. Çox şadam ki, belə möhtəşəm arenada belə bir oyuna azarkeşlik etdim. 

Möhtərəm cənab Prezidentimiz, Sizə minnətdarıq ki, sayənizdə ölkəmizdə belə gözəl idman kompleksləri yaradılıb. Bu, Sizin idman sahəsində apardığınız siyasətinizin bəhrəsidir. Bir daha Sizə təşəkkür edir və minnətdarlığımız bildiririk.

Hörmətlə,

İsmayılov Anar Süleyman oğlu.

Azərbaycan Respublikası, Füzuli rayonu, Horadiz şəhəri.