30 sentyabr 2017, 13:00

Əliheydər Qarayevdən, Neftçala, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sentyabrın 24-də Neftçala rayonuna tarixi səfəriniz biz neftçalalılara çox sevindirməklə yanaşı, həm də xeyli qürurlandırdı.

Neftçalaya budəfəki səfəriniz zamanı həm sənaye, həm sosial, həm də kənd təsərrüfatı obyektlərinin Sizin iştirakınızla açılması və istifadəyə verilməsi apardığınız uğurlu məqsədyönlü siyasətin əsas tərkib hissəsidir.

Möhtərəm cənab Prezident, Sizin Sərəncamınızla yaradılmış, ölkədə ilklərdən olan Neftçala Sənaye Məhəlləsi təkcə rayonumuzun deyil, bütövlükdə ölkəmizin qazandığı nailiyyətlər sırasındadır. Belə ki, Sizin rəhbərliyiniz ilə aparılan iqtisadiyyatımızın neft sektorundan asılılığının aradan qaldırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsinə xüsusi diqqətin ayrılması siyasəti Neftçala Sənaye Məhəlləsinin timsalında özünü aydın şəkildə göstərir. Bu gün Neftçala ölkəmizin böyük sənaye şəhərləri ilə artıq bir cərgədədir. Avtomobil zavodunun və digər istehsal sahələrinin yaradılması qürurvericidir. Biz neftçalalılara göstərdiyiniz yüksək diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Möhtərəm cənab Prezident, regionun ən qüdrətli dövləti olan Azərbaycanın dünyada qüdrətinin daha da artırılması istiqamətində yorulmadan apardığınız uğurlu fəaliyyətinizdə Sizə möhkəm cansağlığı, müvəffəqiyyətlər arzu edirik.

Dərin hörmətlə,

Qarayev Əliheydər Qafur oğlu.

Azərbaycan Respublikası, Neftçala rayonu.