07 oktyabr 2017, 14:00

Əliağa Səfərəliyevdən, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident,

Gündən-günə qüdrətlənən və inkişaf edən sabit və müstəqil ölkəmizdə yaşamaqdan böyük qürur və iftixar hissi keçirirəm. Bir ziyalı, bir müəllim kimi təhsil işçilərinə fəxri adların verilməsi haqqında 2017-ci il 3 oktyabr tarixli Sərəncamınızda mənim də adımın olmasını bütövlükdə Gəncə təhsil işçilərinin əməyinə verilən yüksək qiymət kimi dəyərləndirirəm.

Cənab Prezident, bu əvəzsiz diqqət və qayğıya görə Sizə şəxsən öz adımdan və rəhbərlik etdiyim Mehdi Mehdizadə adına 4 nömrəli tam orta məktəbin çoxsaylı  pedaqoji kollektivi adından dərin minnətdarlığımı bildirirəm. Sizi əmin edirəm ki, bundan sonra  da dövlətimizə, xalqımıza layiq gənclərin yetişdirilməsində var qüvvəmizlə çalışacağıq.

Bir daha Sizə möhkəm cansağlığı, uzun ömür arzulayıram.

Hörmətlə,

Səfərəliyev Əliağa Sədri oğlu,

Əməkdar Müəllim.        

Azərbaycan Respublikası, Gəncə şəhəri.